"Yuventus" Morata ilə bağlı qərarını verdi

Müqavilə ilə "Atletiko"ya məxsus olan Alvaro Morata "Yuventus"da oynamağa davam edəcək.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat verib. Turin təmsilçisi müqavilənin uzadılması seçimindən istifadə edərək 28 yaşlı hücumçunun icarə müddətini uzadıb.

Bunun  Avropa çempionatında iyunun 14-ü keçiriləcək  İspaniya - İsveç matçı öncəsi rəsmi olaraq elan edilməsi gözlənilir.

Qeyd edək ki, Morata ötən mövsüm A seriyasının 32 matçında  oynayıb, 11 qol vurub və 9 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right