Şotlandiya çempionu "Reyncers" hücumçusu Jermeyn Defonun müqaviləsini uzadıb.
İngiltərə millisinin keçmiş futbolçusu daha bir mövsüm Qlazqo təmsilçisində çıxış edəcək.
Defo həm də məşqçi funksiyasını da yerinə yetirəcək. O, baş məşqçi Stiven Cerrardın köməkçisi olacaq.
38 yaşlı futbolçu "Reyncers"də keçirdiyi 72 oyunda 32 qol vurub.