AVRO-2020: erməni jurnalist akkreditasiya aldı, amma...

Erməni jurnalist Nobel Arustamyan AÇ-2020-nin oyunları üçün akkreditasiya alıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova özünün Teleqram kanalında məlumat verib.

O bildirib ki, uzun müzakirələrdən sonra Arustamyan UEFA tərəfindən qeydiyyata alınıb: “İdman şərhçisi Nobel Arustamyan Avropa çempionatı üçün qeydiyyatdan keçdi. Çalışmağa davam edirik”.

Bir neçə gün əvvəl Rusiyanın “Matç Tv” kanalının baş redaktoru Tina Kandelaki kanalın şərhçisi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. O, buna səbəb kimi isə Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərmişdi. Kandelaki bildirmişdi ki, erməni jurnalist Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan ona akkreditasiya verməkdən imtina edib.

Qaydalara görə, UEFA akkreditasiyanı bir jurnalistə təşkilatçı ölkələrin hamısının razılığı olduqdan sonra verir. Əgər təşkilatçı olan hansısa ölkə jurnalistə akkreditasiya verməkdən imtina edirsə, o zaman qitə futbol qurumu həmin jurnalisti qeydiyyata almır.

Bununla belə, Arustumyanın Bakıdakı oyunlara gəlişi gündəmdə deyil. O yalnız digər ev sahibi ölkələrə səfər edə biləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah