"Karyeramda 25 yarım kubok qazanmışam"

"Roma"nın yeni baş məşqisi Joze Mourinyo son açıqlaması ilə diqqət çəkib.

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "The Sun"a açıqlamasında karyerası ərzində 25 yarım kubok qazandığını deyib: "Karyeramda neçə kubok qazanmışam? 25 yarım. Yarım olan "Tottenhem"lə oynamadığım finaldır. Finalda oynamış insanlardan soruşun. Onların hamısı sizə finalda oynamağın  bir xəyal olduğunu söyləyəcək. İstər ilk, istərsə də 20 və ya 50-ci final olmasından asılıq olmayaraq... Final hər zaman xəyaldır".

Qeyd edək ki, ötən mövsüm "Tottenhem" Mourinyonun rəhbərliyi altında İngiltərə kubokunda finala yüksəlmişdi. Ancaq finala günlər qalmış o, istefaya göndərilmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah