"Liverpul" bu oyunçuları satır

"Liverpul" yay transfer pəncərəsində bir neçə oyunçu satmaq niyyətindədir.

Newsport.az "The Athletic"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Marko Qruyiç, Divok Origi, Harri Uilsonlə yolları ayırmaq istəyir. Klub Cerdan Şakiri üçün də təklif gözləyir.

Bundan əlavə, Takumi Minamino  əvvəlki mövsümün bir hissəsini icarə əsasında keçirdiyi "Sauthampton"a transfer oluna  bilər. "Liverpul"  Tayvo Avoniyi,  Loris Karius, Şeyi Odjo, Ben Vudbern və Liem Millarla yolları ayırmağı düşünür.

İngiltərə klubu bütün bu satışlar sayəsində təxminən 60 milyon funt sterlinq qazanmağı planlaşdırır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah