Filippo İnzaqi yenidən B seriyasında çalışacaq.
Newsport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis "Breşiya"nın baş məşqçisi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İnzaqi daha əvvəl "Milan", "Venetsiya" və "Bolonya"nı da çalışdırıb.