Niderland millisinin üzvü Donni van de Bek Avro-2020-də oynamayacaq.
Newsport.az Niderland Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi zədələnib. Baş məşqçi Frank de Bur oyunçunun əvəzinə yığmaya heç kəsi dəvət etməyəcək.
Qeyd edək ki, "Mançester Yunayted"in futbolçusu ötən mövsüm Premyer Liqada 19 matçda meydana çıxıb.