İngiltərə futbolunda ilk dəfə qadın rəhbər

İngiltərə Futbol Assosiasiyası təşkilata yeni rəhbər təyin edib.

Newsport.az qurumun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Visa Europe İdarə Heyətinin üzvü və İngilis restoran və pub şəbəkəsi The Restaurant Group-un rəhbəri Debbi Hyuitt 2022-ci ilin yanvar ayından etibarən sədr vəzifəsini icra edəcək.

Hyuitt İngiltərə Futbol Assosiasiyasının 157 illik tarixində ilk qadın rəhbər olacaq.

Qeyd edək ki, İngiltərə Futbol Asossasiyasının keçmiş sədri Qreq Klark noyabr ayında irqçi ifadələr işlətdiyinə görə yaranan qalmaqaldan sonra istefaya göndərilmişdi. Onun əvəzinə isə  Peter Makkormik bu vəzifəni icra edir.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right