"Legiya"nın baş məşqçisi Çeslav Mixneviç millimizin futbolçusu Mahir Emreli haqda danışıb.
Newsport.az saytının məlumatına görə, o, "Legionisci" nəşrinə müsahibəsində 24 yaşlı hücumçunun bu gün tibbi müayinədən keçdiyini və bəzi testlərinin qaldığını söyləyib: "Hər şey qaydasında olsa, dərhal məşqlərə başlayacaq".
Qeyd edək ki, Mahir Emrelinin Polşa təmsilçisi ilə 3+1 illik müqavilə imzalayacağı gözlənilir.
