Tevez "Boka Xuniors"u tərk etdi

Karlos Teves "Boka Xuniors"dan ayrılıb.

Newsport.az saytının məlumatına görəbu barədə 37 yaşlı hücumçu özü açıqlama verib. O, Buenos Ayres klubundan ayrıldığını və nir müddət istirahət edəcəyini bildirib. Argentina millisinin sabiq üzvü karyerasını hələ bitirmədiyini qeyd edib.

Teves 2001-2004, 2015-2016 və 2018-ci ildən bu vaxtadək "Boka Xuniors"un formasını geyinib. Argentinalı hücumçu İngiltərədə "Mançester Yunayted", "Mançester Siti", İtaliyada isə "Yuventus" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right