İki məşqçi "Real"ı çalışdırmaqdan imtina etdi

"Real" klubdan ayrılan Zinəddin Zidanın yerinə yeni baş məşqçi axtarmağa davam edir.

Newsport.az "COPE"yə istinadən  xəbər verir ki, potensial namizədlərdən ikisi artıq Madrid təmsilçisinə rəhbərlik etməkdən imtina edib. Bunlar "Real"ın ehtiyat komandasının məşqçisi Raul Qonzales və "İnter"in sabiq çalışdırıcısı Antonio Kontedir.

Klub hazırda Belçika millisindən Roberto Martinesin namizədliyini nəzərdən keçirir.

Xatırladaq ki, Zidan mayın 27-i istefa verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right