Dortmund "Borussiya"sı heyətinə yeni futbolçu cəlb edib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, "Ştutqart"ın qapıçısı Qreqor Kobelin transferi tamamlanıb. İsveçrə millisinin üzvü ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Q.Kobel "Ştutqart"da ümumilikdə meydana çıxdığı 65 matçda 91 qol buraxıb.