Məşhur futbolçu millinin heyətindən kənarlaşdırıldı

"Everton"un futbolçusu Xames Rodriqes Kolumbiya millisinin heyətindən kənarlaşdırılıb.

Newsport.az zəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, 29 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib və  onun qənaətbəxş olmayan fiziki formada olduğu müəyyənləşib. Bu səbəbdən millinin baş məşqçisi Reynaldo Rueda oyunçunu heyətdən  kənarlaşdırmaq qərarına gəlib.

Beləliklə, Xames Amerika kuboku oyunlarını və DÇ-2022-nin seçmə mərhələsində Peru və Argentina ilə görüşləri buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right