Mövsümün sonunda İtaliya A Seriyasını tərk edəcək ilk klub müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, 34-cü turda evdə "İnter"ə 0:2 hesabı ilə uduzan "Krotone"nin B Seriyasına düşəcəyi dəqiqləşib.
"Pifaqorlular" 18 xalla 20-ci sırada qərarlaşıb. Komanda ötən mövsüm A Seriyasına yüksəlmişdi.