Futbol üzrə Türkiyə Super Liqasında 37-ci tura yekun vurulub.
Newsport.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Yeni Malatyaspor” “Ankaragücü” ilə ev oyunundan qalib ayrılıbsa, “Qaziantep” doğma meydanda “Ərzurumspor”a uduzub.
“Başakşəhər” – “Alanyaspor” matçında qapılara qol vurulmayıb.
Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan və liderdən 3 xal geri qalan “Fənərbaxça” isə doğma meydanda “Kasımpaşa”nı məğlub edib.
Türkiyə Super Liqası
37-ci tur
23 aprel
Gənclərbirliyi – Rizəspor 2:1
Qol: Yohansson, 45. Sio, 63 – Samudio, 74.
24 aprel
Konyaspor – Hatayspor 0:0
Trabzonspor – Fatih Karagümrük 2:0
Qol: Djanini, 15; 65.
Antalyaspor – Qalatasaray 0:1
Qol: M.Məhəmməd, 77.
Beşiktaş – Kayserispor 3:1
Qol: Gezzal, 4. Nkudu, 13; 65 – P.Enrike, 6.
Dənizlispor – Sivasspor 1:1
Qol: Diskerund, 59 – Kayode, 32.
25 aprel
Yeni Malatyaspor – Ankaragücü 2:1
Qol: A.Büyük, 55. Tette, 77 – Peyntsill, 90+2-pen.
Başakşəhər – Alanyaspor 0:0
Qaziantep – Ərzurumspor 2:3
Qol: M.Demir, 69; 90 – R.Qomes, 54. H.Hatipoğlu, 59. R.Çağıran, 3.
Fənərbaxça – Kasımpaşa 3:2
Qol: Valensiya, 15; 45+1. Salai, 40 = Hayradinoviç, 21. Haderqyonay, 82.