İngilis klubu Superliqadan imtina edir

Avropa Superliqasının yaradıcısı olan 12 klubdan biri layihədən geri çəkilmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb. Xəbərdə sözügedən klubun adı çəkilməsə də, onun İngiltərəni təmsil etdiyi bildirilib. Premyer Liqa klubunun belə bir addım atmasına səbəb isə azarkeşlərinin bu layihəyə görə verdiyi sərt reaksiyalardır.

Qeyd edək ki, Avropa Superliqasını yaradan 12 klubun 6-sı İngiltərədəndir. Bunlar “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Arsenal” və “Liverpul”dur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right