Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Newsport.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq və eyni saatda başlayacaq.
“Roma” səfərdə məğlub etdiyi “Ayaks”ı bu dəfə doğma meydanda qəbul edəcək. “Mançester Yunayted” isə “Qranada” ilə cavab görüşündə ilk oyunda qazandığı üstünlüyünü qorumağa çalışacaq.
“Vilyarreal” Zaqreb “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirəcəksə, London “Arsenal”ı Praqa “Slaviya”sının qonağı olacaq.
Avropa Liqası
1/4 finalın cavab oyunları
15 aprel
23:00. “Roma” (İtaliya) – “Ayaks” (Niderland) (ilk oyun 2:1)
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Qranada” (İspaniya) (2:0)
23:00. “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) (1:1)
23:00. “Vilyarreal” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) (1:0)