AÇ-2020: Münhen azarkeşlərlə bağlı təminat verməkdən imtina etdi

AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərdən olan Münhen azarkeşlərlə bağlı UEFA-ya təminat verməkdən imtina edib.
 
Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Münhen şəhərinin meri Diter Röyter açıqlama verib.
 
Röyter, UEFA-ya azarkeşlərin iyundakı matçlara buraxılmasıyla bağlı təminat verə bilməyəcəklərini deyib:
 
“Bu gündən danışırıqsa, azarkeşlərə iyundakı futbol matçlarına giriş icazəsinin verilməyəcəyi variantını istisna edə bilmərik. Bunun səbəbi koronavirusa yoluxmanın sürəti və Bavariya əyalətindəki müvafiq məhdudiyyətlərlə əlaqədardır”.
 
Koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
 
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyunun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək. AFFA bununla bağlı UEFA-ya təminat verib.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah