"Mançester Yunayted" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Newsport.Az-n "BBC"ə istinadən yaydığ xəbərə görə, "MY" "Ayaks"da oynayan Deyli Blindi transfer edib.
Bu transferin İngiltərə təmsilçisinə 14 milyon funt-sterlinqə başa gələcəyi bildirilir. "MY"nın D.Blindi aldığını bu günlərdə açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Hollandiya millisinin şərəfini qoruyan D.Blind "DÇ-2014"də iştirak edib. O, bu turnirdə oynadığı 7 matçda 1 qol vurub.