Firmino sağaldı

"Liverpul"un futbolçusu Roberto Firmino zədəsini sağaldıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O, 29 yaşlı yarımmüdafiəçinin komanda ilə məşqlərdə iştirak etdiyini deyib. Futbolçunun Premyer Liqanın 30-cu turunda "Arsenal"la matçda meydanda olacağı gözlənilir.

Firmino son oyununu martın 4-də "Çelsi"yə qarşı keçirib.

Qeyd edək ki, aprelin 3-ü "Arsenal" - "Liverpul" görüşü Bakı vaxtı ilə  00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right