ÇL-in 1/4 final oyunlarını buraxacaq

PSJ-nin futbolçusu Marko Verratti Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə oyunları buraxacaq.

Newsport.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, buna səbəb italiyalı yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır.28 yaşlı oyunçu karantində qalacaq və müvafiq sanitariya protokoluna tabe olacaq. Beləliklə, o, Münhen təmsilçisi ilə matçlarda iştirak etməyəcək.

Qeyd edək ki, PSJ ilə "Bavariya" arasında ilk görüş aprelin 7-i, cavab qarşılaşması isə aprelin 13-ü keçiriləcək.

Xatırladaq ki, Verratti bu mövsüm Liqa 1-də 18, ÇL-də 5 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right