Pirlo üçün vacib iki oyun

"Yuventus" baş məşqçisi Andrea Pirlo ilə gözləniləndən tez yolları ayıra bilər.

Newsport.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Bildirilib ki, 41 yaşlı mütəxəssisin taleyi A seriyasında qarşıdakı iki matçdan asılır. Turin təmsilçisi "Torino" və "Napoli" ilə görüşlərdən maksimum xal qazanmasa, Pirlo istefaya göndəriləcək.

"Calciomercato" nəşri isə yazıb ki, Andrea  ilə yollar ayrılacağı təqdirdə, komandanı bu mövsümün sonuna kimi baş məşqçinin köməkçisi İqor Tudor çalışdıracaq.

Qeyd edək ki, "Yuventus" hazırda ölkə çempionatında 55 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider "İnter"dən 10 xal geri qalır.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right