DÇ-2022-nin seçmə mərhələsində keçirilən Azərbaycan – Serbiya oyunundan (1:2) sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Draqan Stoykoviç jurnalistlərin suallarını cavablandırdı…
- Azərbaycan millisinin ən güclü tərəfi hansı idi?
- Salam aleykum. Çox çətin oyun gözləyirdik. Dünən də dediyim kimi, çox çətin matç olacaq. Azərbaycan təşkilatlanmış, yaxşı müdafiə olunan və əks-hücumlara çıxan komandadı. Bərabrəlik qolundan sonra daha çətin oldu. Bununla belə, istədiyimiz nəticəni qazandı və 3 xal əldə etdik.
- Komandanızın müdafiədə belə kobud səhvlər edəcəyini gözləyirdiz?
- Doğrusu, gözləmirdim. Bu gün qol buraxmadan qalib gəlmək istəyirdik. Ancaq oyunda ümumən çox səhvimiz olmadı. Çox əsəbləşmişdim. Azərbaycana geridönüş imkanı vermişdik. Ancaq sonra vəziyyəti öz xeyrimizə dəyişə bildik.
- Son vaxtlar komandanızın xilaskarına çevrilmiş Aleksandr Mitroviç Serbiyaya qayıdanda təyyarədə ona biznes-klasda yer tapılacaq?
- Əslində, o, şəxsi təyyarəyə layiqdi. Ancaq bunun üçün pulumuz yoxdu. Yalnız bu gün yox, ümumən yaxşı xarakter göstərir. 3 matçda 5 qol vurub və bu, əla nəticədi. Ona şəxsi təyyarə verməliyik. Sonra qeyd edim ki, matç çox maraqlı idi. Hər iki tərəf feyr-pleyə uyğun oynadı. Bu, mənim Bakıya ilk səfərim deyildi, 2003-cü ildə gəlmişdim. Ancaq indi Bakı tamam fərqlidi. Burda olduğuma görə çox şadam. Ailəmlə yenidən bura gəlmək fikrim var. Bakı və Azərbaycan mənim üçün çox maraqlıdı.