İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç zədələnib.
Newsport.az "Sport Mediaest"ə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu yığmanın düşərgəsində məşq zamanı sıradan çıxıb. Onun millinin növbəti matçında- Estoniya ilə yoldaşlıq görüşündə iştirak edib-etməyəcəyi sual altındadır. Sözügedən oyun sabah keçiriləcək.
Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted"in futbolçusu Viktor Lindelof şəxsi səbəblərdən İsveç millisinin düşərgəsini tərk etmişdi.