"Keyn titullar qazanmaq istəyirsə, klubdan ayrılmalıdır"

"Tottenhem"in sabiq futbolçusu Cermeyn Defo komandanın oyunçusu Harri Keyn haqqında danışıb.

Newsport.az "Talksport"a istinadən xəbər verir ki, o, 27 yaşlı hücumçunun klubdan ayrılmalı olduğunu düşünür:

"Bir neçə il əvvəl məndən Harri Keynin gələcəyi barədə soruşsaydınız, deyərdim ki, "Tottenhem"də qalmalıdır. Burada qazandıqlarına nəzər salsaq, o, bir əfsanədir. Ancaq mən "Tottenhem"dən ayrılıb, "Reyncers"ə keçəndə hər şeyi anladım. Başqa bir klubda oynamağı, hər matçda qalib gəlməyin vacibliyini başa düşdüm. Kuboklar qazanmalısan. Əks-halda yetərincə yaxşı oyunçu deyilsən. Həqiqətən də buna nail olmağın hissləri bir başqa olur. Bütün bunları karyeramın əvvəlində yaşamaq istərdim. Harri kuboklar qazanmaq istəyirsə, "Tottenhem"dən ayrılmalıdır. Bunu etmək onun üçün asan olmayacaq. Bəlkə də vəziyyətə fərqli yanaşır. Klub tarixinin bombardiri olmaq və bunun onu hara aparacağını görmək istəyir. Keyn bir neçə kubok qazanacağına ümid edə bilər. Amma həqiqətən də titullara yiyələnmək istəyirsə, ayrılmaq zamanıdır".

Qeyd edək ki, Defo 2004-2008, 2009-2014-cü illərdə "Tottenhem"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right