"Mançester Yunayted "in müdafiəçisi Viktor Lindelöf İsveç millisinin düşərgəsini tərk edib.
Newsport.az goal.com-a istinadən xəbər verir ki, bu barədə yığmanın məşqçisi Peter Vetterqon məlumat verib. O, 26 yaşlı oyunçunun şəxsi səbəblərdən komandadan ayrıldığını bildirib. Mütəxəssisin sözlərinə görə, Lindelöf sabah keçiriləcək Estoniya ilə yoldaşlıq oyununda iştirak etməyəcək.
Qeyd edək ki, Lindelof DÇ-2022-nin seçmə mərhələsində Gürcüstan (1:0) və Kosovo (3:0) ilə matçlarda iştirak edib. İsveç B qrupunda birinci yerdədir.