"Çelsi"nin sabiq məşqçisi Frank Lempard İngiltərə millisinin gənclər komandasını çalışdıra bilər.
Newsport.az "Dail Mail"ə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis U-21-in yeni baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Bildirilib ki, yığmanın hazırkı baş məşqçisi Edi Butroyd komandanın İsveçrə (0:1) və Portuqaliyaya (0:2) qarşı ilk iki qrup mərhələsində məğlub olduğu Avropa gənclər çempionatındakı uğursuz çıxışından sonra istefaya göndəriləcək.
Qeyd edək ki, Lempard 2019-cu ilin yayından və 2021-ci ilin yanvarına kimi London təmsilçisini çalışdırıb.