Ronaldo analardan üzr istədi

Braziliya millisinin sabiq üzvü Ronaldo DÇ-2002 öncəsi etdiyi saç düzümünə görə analardan üzr istəyib.

Newsport.az "Football24news"a istinadən xəbər verir ki, hazırda "Real Valyadolid"in prezidenti olan sabiq hücumçu uşaqların ona baxaraq, eyni saç düzümünü sınadıqları üçün belə addım atıb:

"Övladlarında mənim saç düzümümün eynisini görən analardan üzr istəyirəm. Dünya kuboku ərəfəsində zədələnmişdim və bu barədə Braziliya mediası ilə danışmaq istəmirdim. Buna görə də saçımı kəsdim. Komanda yoldaşlarıma dedim ki, bu, xoşunuza gəlirmi? Onlar isə belə cavab verdilər: "Xeyr. Bu, dəhşətdir". Amma jurnalistlər saç düzümümü gördülər və zədələndiyimi unutdular".

Qeyd edək ki, Ronaldo 8 qolla  DÇ-2002-nin bombardiri olub. Həmin vaxt Braziliya yarışın qalibi adını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right