Serbiya millisinin Bakı gəzintisi

Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Azərbaycanla oyundan əvvəl Bakıda gəzintiyə çıxıb.

Newsport.az xəbər verir ki, Draqan Stoykoviçin komandası  Xəzər dənizinin sahilində olub. Onlar fitness məşqçisi Katsuşita Kinoşinin rəhbərliyi altında Milli Xalça Muzeyinin qarşısında məşq ediblər. Futbolçularla yanaşı, məşqçilər də tibbi maskadan istifadə edib.

Serbiya mətbuatı milli üzvlərinin Bakıda xüsusi karantin rejimi ilə bağlı sərt qaydalara riayət etməli olduğunu yazıb. Bildirilib ki, stadiondan başqa digər yerlərdə qoruyucu maskadan istifadə etmək məcburidir: "Əks-halda onlar 50 avro məbləğində cərimələnə bilərlər".

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı 20:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right