Əliyar Ağayev idarə etdi, "Keşlə"nin qapıçısı Danimarkada 8 top buraxdı

"Keşlə"nin qapıçısı Stanislav Namaşkonun formasını geyindiyi Moldova millisi DÇ-2022-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

 

Newsport.az xəbər verir ki, komanda səfərdə Danimarka ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb. Namaşko start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Qarşılaşmanı isə azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik ediblər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.

 

"Neftçi"nin sabiq çalışdırıcısı Robert Bordinin baş məşqçisi olduğu Moldova millisi Danimarka ilə yanaşı, Farer adaları, Avstriya, Şotlandiya və İsraillə F qrupunda mübarizə aparır. Komanda 2 oyundan sonra 1 xal toplayıb.

 

Danimarka - Moldova - 8:0

Qollar: Kasper Dolberq, 19 (pen.), 48, Mikkel Damsqaard, 21, 29, Yens Larsen, 35, Matias Yensen, 38, Robert Skov, 81, Markus İnqvartsen, 89





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right