“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya millisində növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Namibiya ilə səfər oyununda start heyətdə meydana çıxıb və 17-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb. Bu, Kanenin Qvineya milli komandasında ilk qoludur. Görüş Nabimiyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.