Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, birinci divizion təmsilçisi “Turan Tovuz”la qarşılaşan millimiz 0:2 hesabı ilə məğlub olub.