2014/2015-ci il mövsümü üçün Çempionlar Liqası və Avropa Liqasının son mərhələsinin püşkatma mərasiminin vaxtı məlumdu. Newsoprt.Az xəbər verir ki, "pley-off" mərhələsinin püşkü avqustun 8-də atılacaq.
Püşkatma mərasimi adəti üzrə İsveçrənin Nyon şəhərində keçiriləcək. Bakı vaxtı ilə saat 15:00-da ÇL-nın, 16:00-da isə AL-nın püşkü atılacaq.
Çempionlar Liqasının "pley-off" mərhələsinin oyunları 19-20 və 26-27 avqust, Avropa Liqanın "pley-off" mərhələsinin oyunları isə 21-28 avqustda reallaşacaq.