Albaniya - İngiltərə matçı ləğv oluna bilər

DÇ-2022-nin seçmə mərhələsində keçirilməsi nəzərdə tutulan Albaniya – İngiltərə oyunu ləğv oluna bilər.

Newsport.az xəbər verir ki, bu barədə Albaniya Futbol Assosiasiyası (AFA) rəsmi saytı məlumat yayıb.

Yerli polisin təhlükəsizlik tədbirlərinə zəmanət vermədiyi üçün qarşılaşma baş tutmaya bilər. AFA-nın açıqlamasında bildirilib ki, görüşün ləğvi ölkənin, millinin imici və ümumiyyətlə, Albaniya futbolu üçün fəlakətli nəticələrə səbəb ola bilər”.

Qeyd edək ki, Albaniya – İngiltərə görüşü martın 28-də keçirilməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right