DÇ-2022-nin seçmə mərhələsində San Marino ilə matç İngiltərə millisinin və "Mançester Siti"nin futbolçusu Rahim Sterlinq üçün əlamətdar olub.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi görüşdə fərqlənməklə karyerası ərzində vurduğu qolların sayını 150-yə çatdırıb. O, bu qollardan 14-nü yığmada, 23-nü "Liverpul"da, 113-nü "Mançester Siti"də vurub.
Sözügedən oyun isə İngiltərənin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Sterlinq 2012-ci ildən İngiltərə millisində, 2015-ci ildən isə "Mançester Siti"də çıxış edir.