Azərbaycan millisinin rəqibində yeni baş məşqçi

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Serbiya yığmasının yeni baş məşqçisi məlum olub.

Newsport.az-ın məlumatına görə, millini bundan sonra Draqan Stoykoviç çalışdıracaq. 55 yaşlı mütəxəssis DÇ-2022-nin seçmə mərhələ oyunlarında yığmanın baş məşqçisi olacaq.

Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığmanın Serbiya ilə ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right