Poqba Sloveniya klubu ilə müqavilə imzaladı

“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın qardaşı Matias Poqba özünə yeni klub tapıb.
 
Newsport.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Sloveniyada davam etdirəcək.
 
O, sözügedən ölkənin “Tabor” klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Matiasla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
 
Matias Poqba daha əvvəl İspaniyada “Rasinq Mursiya”, “Lorka”, İtaliyada “Peskara”, İngiltərədə “Kryu”, “Rekshem”, “Kruli”, Fransada “Tur” kimi klublarda çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right