Əsrin ən yaxşı hakimləri açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrin ən yaxşı hakimlərinin siyahısını hazırlayıb.

Newsport.az xəbər verir ki, 20 nəfərlik siyahıya almaniyalı Feliks Brix başçılıq edir. Onun aktivində 141 xal var.

Türkiyəli Cüneyt Çakır ikinci yerdədir. O, Brixdən cəmi 1 xal geri qalır. İngiltərəli Hovard Uebb 137 xalla 3-cüdür.

Markus Merk (Almaniya, 135), Byorn Kuypers (Niderland, 133), Nikola Rizzoli (İtaliya, 131), Oskar Yulian Ruis (Kolumbiya, 104), Massimo Buzakka (İsveçrə, 96), Xorxe Luis Larrionda (Uruqvay, 96) və Lüboş Mihel (Slovakiya, 96) də ilk onluqda yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right