Statistikaya görə, bu mövsüm "Barselona"nın kapitanı Lionel Messi İspaniya çempionatında orta hesabla 2.8 dəfə qayda pozuntusuna məruz qalıb.
Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo üçün A Seriyasındakı bu rəqəm hər oyuna 1.4 dəfədir.
Eyni zamanda argentinalı oyunçu hər matçda 4.5, portuqaliyalı futbolçu isə 1.8 driblinq edir.
Qeyd edək ki, Messi bu mövsüm La Liqada 20 mat keçirib və 15 qol vurub. Ronaldo isə A seriyasında çıxdığı 18 matçda 16 dəfə fərqlənib.