Türkiyə Superliqasının 24-cü turunda keçirilən "Fənərbaxça" - "Qalatasaray" oyunundan sonra gərgin anlar yaşanıb.
Newsport.az-ın məlumatına görə, “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak jurnalistlərə açıqlama vermək istəyərkən meydan sahiblərinin azarkeşinin hücumuna məruz qalıb.
Okan adlı bir “Fənərbaxça” azarkeşi Albayrakı vurmaq istəyib. Mühafizəçilər dərhal müdaxilə edərək azarkeşi oradan uzaqlaşdırıblar. “Rembo Okan” ləqəbli fanat Albayraka “Bura nə üzlə gəlmisən” deyib.
Xatırladaq ki, “Fənərbaxça” – “Qalatasaray” matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.