“Yuventus”un zədəli hücumçusu sıraya döndü

İtaliya çempionu “Yuventus”un zədəli futbolçusu Paulo Dibala sağalıb.
 
Newsport.az xəbər verir ki, argentinalı hücumçu ötən gündən məşqlərə də başlayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dibalanın Aaron Remzi ilə birgə hələlik, fərdi qaydada hazırlaşdığı diqqətə çatdırılıb. Onların A Seriyasının növbəti turunda keçiriləcək “Roma” ilə oyunda iştirak edib-etməyəcəyi dəqiq bilinmir.
 
“Yuventus” – “Roma” oyunu fevralın 6-da keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right