"Qalatasaray" legioneri ilə müqaviləni dondurdu

“Qalatasaray” 2020/21 mövsümünün qarşıdakı hissəsi üçün sifariş ərizəsini Türkiyə Futbol Federasiyasına təqdim edib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi müdafiəçisi Omar Elabdellauini mövsümün qalan hissəsi üçün sifariş etməyib. Onunla müqavilənin dondurulduğu bildirilib.

Xatırladaq ki, Mərakeş əsilli norveçli müdafiəçi dekabrın 31-də əlində fişəng partladığı üçün üzündən xəsarət almışdı. Oyunçunun müalicəsi hələ də davam edir. Bu üzdən də Elabdellauinin adı komandanın iştirak ərizəsindən çıxarılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right