"Fulhem" Serini icarəyə verdi

İngiltərənin "Fulhem" klubu yarımmüdafiəçisi Jan-Mişel Serini icarəyə verib.

Newsport.az-ın məlumatına görə, kot-d-ivuarlı futbolçu Fransanın "Bordo" klubuna keçib. 29 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

London klubu Serini ötən mövsüm "Qalatasaray"a icarəyə vermişdi. "Fulhem" yarımmüdafiəçini 2018-ci ildə Fransanın "Nitsa" klubundan 30 milyon avroya transfer edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right