"Qalatasaray" "Nyukasl"ın futbolçusu ilə anlaşdı

"Qalatasaray" gələn mövsüm üçün transfer reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi mövsümün sonunda "Nyukasl"dan ayrılacaq Deandre Yedlinlə anlaşıb. ABŞ millisinin üzvü "sarı-qırmızılar"a azad agent statusu ilə keçəcək.

Yedlin 2016-cı ildə 5,9 milyon avroya "Tottenhem"dən "Nyukasl"a keçib. 28 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm keçirdiyi 10 oyunda 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right