“Beşiktaş” futbolçusunu icarəyə verdi

“Beşiktaş” yarımmüdafiəçisi Atakan Üneri icarəyə verib.
 
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi 21 yaşlı futbolçunu TFF 1-ci liqa klubu “Ümraniyəspor”a icarəyə göndərib.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Üner mövsümün sonuna kimi 1-ci liqada çıxış edəcək.
 
Türkiyənin gənclərdən ibarət yığmasının da üzvü olan Atakan Üner, 2020-ci ildə “Beşiktaş”a transfer olunsa da, İstanbul təmsilçisində əsas heyət üzvünə çevrilə bilməyib. Yarımmüdafiəçi daha öncə “Dənizlispor”, “Sarayköy” və “Altınordu” klublarında da çıxış edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right