Özil Azərbaycandan danışdı

“Fənərbaxça”nın yeni transferi Məsut Özilin təqdimetmə mərasimi keçirilib. Newsport.az xəbər verir ki, mərasimdə ulduz futbolçuya Azərbaycanla bağlı fikirləri soruşulub.

Özil Azərbaycana salam göndərdiyini bildirib: “Azərbaycana salam göndərirəm. Təkcə, “Fənərbaxça” tərəfdarlarına deyil, hər kəsə salamımı çatdırıram”.

Daha sonra İstanbul klubunun prezidenti Ali Koç Azərbaycanla bağlı danışıb: “3 ölkə var ki, orada oynamaq istəyirik. Onlardan birincisi Azərbaycandır Məsutun gəlməsi ilə bu daha çox reallaşa bilər. Yaxında Azərbaycana gedib orda yoldaşlıq görüşü keçirəcəyimizə inanıram”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right