"Fənərbaxça" Özili təqdim etdi

“Fənərbaxça” yeni transferi Məsut Özili ictimaiyyətə təqdim edib.
 
Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu gün media önünə çıxıb.
 
Təqdimat mərasiminə klubun prezidenti Ali Koç, Özilin həyat yoldaşı Əminə Gülşə və qızı da qatılıb. Türk əsilli almaniyalı futbolçu tədbirdə 3,5 illik müqaviləyə qol çəkib.
 
Qeyd edək ki, son olaraq "Arsenal"da çıxış edən Məsut Özilin “Fənərbaxça”da illik maaşı 5 milyon avrodur.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right