Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.
Newsport.az-ın məlumatına görə,Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu turnirdə son matçını keçirib.
Səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubunun qonağı olan "Traktor Sazi" rəqibinə 2:3 hesabı ilə uduzub. Bununla da, 6 oyundan 4 xal toplayan Təbriz təmsilçisi qrupu sonuncu pillədə başa vurub.
Qrupun ilk iki pilləsində qərarlaşan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubları isə Çempionlar Liqasında mübarizəni davam etdirir.