Futbol üzrə İngiltərə Premyer Liqasının növbəti turunda keçirilməli olan “Aston Villa” – “Everton” oyunu təxirə salınıb.
Newsport.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Buna səbəb meydan sahibi komandanın heyətində koronavirusa yoluxan futbolçuların olmasıdır. Oyunun nə vaxt keçiriləcəyi açıqlanmayıb.