Yaponiyanın “İokoqama” klubu Kedzuyesi Miura ilə müqaviləni uzadıb.
Newsport.az-ın məlumatına görə,Miuranın 53 yaşı var.
O, peşəkar müqavilə bağlayan ən yaşlı futbolçulardandır. Onunla müqavilə 2021-ci ilin sonuna qədər uzadılıb.
Miura dünya futbolunun tarixinə 2017-ci ilin martında düşüb. O, həmin vaxt 50 yaş, 7 günlüyündə meydana çıxmaqla, ingilis Stenli Metyuzanın rekordunu ( 50 yaş, 5 gün) yeniləmişdi.
Hazırda isə rekord misirli Ezzeldin Bahaderə məxsusdur. O, 74 yaşında peşəkarlarla iki oyunda iştirak edib. Onu da qeyd edək ki, yapon futbolçu peşəkar səviyyədə qol vuran ən yaşlı futbolçudur.